“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 22-ci “Food for Good”- ənənəvi Beynəlxalq Qida Festivalında iştirak edib-FOTOLAR

Baxılıb:249
“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 22-ci “Food for Good”- ənənəvi Beynəlxalq Qida Festivalında iştirak edib-FOTOLAR

 AzTimes.az xəbər verir ki, 2 Iyun 2019-cu il tarixində “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Saloniki şəhərində Plaz Aretsusda keçirilən 22-ci “Food for Good”- ənənəvi Beynəlxalq Qida Festivalında iştirak etmişdir. Yığılmış vəsait Filiroda yerləşən yunan uşaq evinə ianə edilmişdir. Cəmiyyətin üzvləri Festivalda Azərbaycan plovu, dolma, qutab, paxlava, içkilərdən Azərbaycan çayı, şərab və digər təamlarla təmsil olunmuşdur. Məqsəd Azərbaycan mətbəxi və ənənələrini beynəlxalq festivallarda tanıtmaq və milli dəyərlərimizi təbliğ etməkdir. Qeyd edək ki, hər il keçirilən ənənəvi qida festivalında 40-dan çox ölkənin mətbəxi təmsil olunur və 1000-dən artıq ziyarətçi axını olur.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir