BMCMİ əməliyyat keçirdi: Həbs olunan var

Baxılıb:341
BMCMİ əməliyyat keçirdi: Həbs olunan var

Bakının Nərimanov rayonunda əməliyyat keçirilib.

AzTimes.az  xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini C.Kələntərli saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 50 qrama yaxın metamfetamin, Bakı şəhəri Nərimanov rayonu ərazisində kirayədə yaşadığı evdən isə 256 qramdan artıq heroin, 82 qramdan artıq metamfetamin, 4 qram metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.


Abunəlik