“Lexus Baku” mərkəzi narazılıq yaradır – GİLEY

Baxılıb:820
“Lexus Baku” mərkəzi narazılıq yaradır – GİLEY

“Lexus Baku” mərkəzinin müşrətisi olan vətəndaş servisdən şikayət edərək onu aldatdığını bildirib.

Mubahise.az-ın verdiyi xəbərə görə, Emin Əli bildirib ki, dostunun “Lexus CT200h” markalı avtomobilinin əyləc sistemində yaranan problemlə bağlı servisə aparıblar “Lexus Baku” mərkəzinin servis işçiləri maşını diaqnostikaya saldılar, yoxladılar və o qərara gəldilər ki, problem əyləc sistemində qalan hava ilə əlaqədardır. Bizə bildirdilər ki, bu işin qiyməti 100-150 manat civarındadır. Dedilər ki, əyləcdə yaranan səs onların dedikləri problemlə əlaqedar olsa, bizdən işə görə pul alınacaq, əgər problem bu işdən qaynaqlanmasa, pul almayacaqlar.

İşi gördülər, əyləc mayesindən hava çıxmadı, səs kəsilmədi. İş gəldi pul ödmə hissəsinə. Bizim maşında heç nə düzəltməsələr də 95 manat aldılar. Sonradan başqa ustanın yanında olduq və bu zaman məlum oldu ki, heç servisin yoxlanış zamanı istifad etdikləri əyləc mayesi maşının kitabında yazanla uyğun gəlmir. Belə ki, maşın yalnız DOT3 texnologiyası tələb etsə də, servis bizə məlumat vermədən əllərində olan DOT5.1 texnologiyalı əyləc mayesindən istifdə edib. “Lexus Baku” mərkəzinə gedib şikayət etsəm də, nə məndən aldıqları əyləc mayesinin pulu verdilər, nə də ki mayeni DOT3 ilə əvəz etdilər. Yəni dostlar, rəsmi servis deyib güvənib getdiyimiz yerlərdə insanlar bax belə aldadılır”.

E.Əli Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək məsələnin həll edilməsinə köməklik göstərilməsini xahiş edib.


Abunəlik