28 may Respublika günü ilə əlaqədar Göyçayda yürüş keçirildi

Baxılıb:478
28 may Respublika günü ilə əlaqədar Göyçayda yürüş keçirildi

Ümumrayon təbdirində iştirak edən rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə 28 may – Respublika günü münasibətilə xalqımızı və rayon ictimaiyyətini təbrik edərək bildirib ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək qeyd etdi ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov və kollecin tarix müəllimi Samirə İsmayılova çıxışlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sabit dövlətçilik ənənələri yaratmış, respublikamızı davamlı inkişaf yoluna çıxarmış və bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı arzuları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla gerçəkləşdiyini bildirdilər. Rayon gəncləri Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qarşısından Heydər Əliyev prospekti ilə Ulu Öndərin abidəsinədək bayram yürüşü keçirdilər. Sonda Göyçay rayon Mədəniyyət şöbəsi tərəfindən hazırlanmış konsert proqramı ilə tədbir davam edib.

Davud Tarverdiyev – Göyçay. AzTimes.az-ın bölgə müxbiri.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir