Aztv-aparılan “islahat”lar və hər gün artan etirazlar

Baxılıb:1364
Aztv-aparılan “islahat”lar və hər gün artan etirazlar

Aztv sədri Rövşən Məmmədov bu posta təyin olunanda Aztv-də bir çox əməkdaşların üzü gülməyə başladı.Çoxları elə düşündü ki,yeni sədr gələn kimi əməkdaşların sosial problemlərini həll edəcək.

Lakin “sən saydığını say gör fələk nə sayır” deyimini işə salan yeni sədr əməkdaşlara yaxşı olmaq əvəzinə onlara qara gün yaşatmağa başladı.

İlk gündən kollektivlə görüşlərdə səmimi, mehriban danışan Rövşən Məmmədov islahatlar aparmağa başladı.

Özəl televizya və radiolarda nə qədər işdən kənarlaşdırılanlar vardısa hamısı ilk günlərdən Aztv-də görünməyə başladı.

İllərdir Aztv-də canını qoyan bir çox əməkdaşlar bir göz qırpımında Rövşən Məmmədovun “təcavüz”ünə məruz qaldı.

Mətbuatda gedən silsilə yazılardan da bəllidir ki, Rövşən Məmmədov Aztv-yə əsasən öz adamlarını yüksək maaş və qanararla dəvət edib. Köhnə əməkdaşlar isə günü bu gün də çox aşağı maaş və qanararla məcburiyyət qarşısında qalıb işləyirlər.

Bir neçə ay bundan qabaq bir qrup sürücünün işdən azad olunması da mətbuatın manşetlərini bəzəmişdi.

Tanınmış, təcrübəli jurnalistlər, rejissor və operatorlar Rövşən Məmmədovun “senzura”sından keçə bilmədiyi üçün doğma kollektivlərindən kənarlaşdırıldı.

Sözünü deyən, etiraz edən və ya etmək istəyənlər barədə Rövşən Məmmədova məlumat çatdırılır və sədr də bu adamlar barədə dərhal “tədbir” görür.

Rövşən Məmmədovun işdən azad etdiyi əməkdaşlar barədə bu günə qədər heç bir rəsmi açıqlama verilməyib. Kadrlar departamentinin rəisi İlhamə Hüseynova müqavilə bağlamaq istəmədiyi əməkdaşa deyir ki, biz kimlə istəyir işləyirik,bunu özümüz bilərik. Görünür İlhamə xanım əmək müqaviləsi barədə hələ də məlumatsızdır.

Aztv-də ən böyük narazılıqlardan biri də əməkdaşların bir neçə aydır saat 9-dan 6-ya kimi məcburi işdə otuzdurulmasıdır. Əməkdaşlar işlərini itirməməkdən ötrü məcbur qalıb bu “əmr”ə tabe olurlar.

Rövşən Məmmədov bu əmrin icrasına başlamazdan öncə düşünməyib ki, televizya və radioda gənc ailələr var. Evində yaşlısı, xəstəsi, azyaşlı olanların saat 9-dan 6-ya işdə oturması onların gündəlik planlarına zidd gəlir.

Ümumiyyətlə televizya istehsalat sahəsi olmadığı üçün bu cür yanaşma düzgün deyil. Əməkdaş əgər gün ərzində bir neçə saata öz verilişini,sujetini hazırlayıb təhvil verirsə, onu məcburi işdə saxlamaq o qədər də düzgün hesab olunmur. Hər halda Rövşən Məmmədov və onun komandası görünür televizya anlayışına daha ” yaxşı” malikdir.

6 noyabr Milli Televizya və Radio günündə işini itirən bir çox tanınmış diktor və jurnalistlər nədənsə bu bayramı Rövşən Məmmədovun ucbatından qeyd etmədi.

Aztv-nin keçmiş əməkdaşı Səidə Əlimədətqızı 2006-cı ildən televizya və radioda fəaliyyət göstərsə də Rövşən Məmmədov onu da bu günlərdə işdən uzaqlaşdırıdı.

Redaksiyamıza müraciət edən Səidə Əlimədətqızı bildirib ki, Rövşən Məmmədov yeni kollektivə ancaq öz adamlarını , qohum-əqrabalarını yüksək məvaciblə cəlb edib.Köhnə əməkdaşlar isə mənim kimi 200-300 manata işləyir.Bu pulu da bizlərə çox gördüyünə görə işdən kənarlaşdırır.

Ölkə başçısına müraciət edən Səidə Əlimədətqızı onun kimi bir neçə əməkdaşın haqları pozulduğu üçün müraciət ünvanlayıb.

Həmin müraciəti təqdim etməklə yanaşı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik