İlham Əliyevin təşəbbüsü ilə BMT-nin COVID-19-la bağlı Xüsusi Sessiyası keçiriləcək

Baxılıb:150
İlham Əliyevin təşəbbüsü ilə BMT-nin COVID-19-la bağlı Xüsusi Sessiyası keçiriləcək

“BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi COVID-19 ilə əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilməsi qaydası haqqında qərar qəbul edib”.

Bu barədə BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi tvitter səhifəsində qeyd edilib.

BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır isə tvitter hesabında qeyd edib ki, COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu gün Baş Assambleyada qəbul edilib:

“COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində Prezidentliyimdə keçiriləcəkdir.

Dünya liderləri qarşılaşdığımız bu ən böyük problemə qarşı BMT-də toplanacaqlar. Səhiyyə, iqtisadiyyat, maliyyələşdirmə və peyvəndlər daxil olmaqla COVID ilə mübarizənin bütün aspektləri hökumətlərin, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə ətraflı müzakirə ediləcək”.


Abunəlik