Ermənilərin Bərdə terroru nəticəsində yaralananlardan daha biri həlak oldu – RƏSMİ

Baxılıb:481
Ermənilərin Bərdə terroru nəticəsində yaralananlardan daha biri həlak oldu – RƏSMİ

Xəbər verildiyi kimi, 27 sentyabr tarixindən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artilleriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanıb, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, 28 oktyabr 2020-ci ildə Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.


Abunəlik