Xəzərdə zəlzələ baş verdi

Baxılıb:148
Xəzərdə zəlzələ baş verdi

Noyabrın 3-də Xəzər dənizində maqnitudası 4,6 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:16-da qeydə alınıb. Zəlzələ Xaçmaz rayonunda bəzi insanlar tərəfindən hiss olunub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.


Abunəlik