Mais Səfərlinin vəziyyəti ağır olaraq qalır-Bacısı danışdı
Azərbaycan Yurddaş Partiyasının sədri Mayis Səfərli koronavirusa yoluxub. SİA-nın əməkdaşı Partiyanın sədrinin vəziyyəti ilə bağlı ailəsi ilə əlaqə saxlayıb.
Mayis Səfərlinin bacısı Gülayə Səfərli bildirib ki, o hal-hazırda Nefçilər xəstəxanasındadır. Artıq iki həftəyə yaxındır ki, Mayis Səfərli orada koronavirusdan müalicə alır. Həkimlərin əlindən gələn bütün səylərə baxmayaraq onun vəziyyəti getdikcə ağırlaşdı. Onlar da məcburiyyət qarşısında qalıb Mayis Səfərlini ötən gün axşamdan etibarən “Ekno” aparatına qoşublar. Amma buna baxmayaraq vəziyyəti hələ də ağır stabil olaraq qalır və heç bir irəliləyiş yoxdur. Mən Mayis Səfərlinin vəziyyəti ilə yaxından maraqlanan bütün insanlara dərin təşəkkürümü bildirirəm. Cənab Prezidentimiz İlham Əliyevə, Prezident Adminstrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə, onun müavininə dərin minnətdarlığımı bildirirəm. Onlar hər gün bizim ailə ilə yaxından maraqlanırlar və Mayis Səfərlinin vəziyyətini soruşurlar. Həkimlərimiz əlindən gələni etsə də, amma bu gün bizim mənəvi dəstəyə böyük ehtiyacımız var. Təbii ki, həmin dəstəyi də biz dövlətimizdən görürük”.
AzTimes.az