Azərbaycanda koronavirusa rekord yoluxma və ölüm – FOTO
Azərbaycanda koronavirusa (COVID-19) 1242 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 15 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 12484 nəfərdir.
Ölkədə son sutka ərzində 11159, hazırkı dövrədək isə 1 379 779 test aparılıb.
Ümumi ölənlərin sayı 768 nəfərdir.
Ümumi yoluxanların sayı 58 282 nəfər, ümumi sağalanların sayı 45 030 nəfərdir.