Aşıq Namiqdən xanıma intim təklif:”Mənim üçün edərsən?….”-FOTOFAKT

Baxılıb:6493
Aşıq Namiqdən xanıma intim təklif:”Mənim üçün edərsən?….”-FOTOFAKT

Redaksiyamıza müraciət edən Bakı şəhər sakini Günel xanım iddia edir ki, Aşıq Namiq Fərhadoğlu kimi tanınan şəxs tərəfindən təhqir və təhdid edilib.

AzTimes.az amia.az-a istinadən xəbər verir ki,Aşıq Namiq xanımın mobil nömrəsinə yazaraq tanışlıq münasibəti qurmaq istədiyini bildirib, onunla intim münasibətdə olmağı təklif edib. Qadın ona etiraz etdikdə, onu kişiyə yaraşmayan küçə söyüşləri ilə təhqir etmişdir. Bütün olanlardan sonra xanım bu şəxsi “whatsapp” proqramında blok etməsinə baxmayaraq Namiq Fərhadoğlu onu başqa nömrələrdən narahat edərək təhdid etmiş, ağır söyüşlərlə təhqir edərək onu taparaq başına oyun açacağını söyləmişdir.Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edən Günel xanım bu barədə əlində olan bütün yazışmaları hüquq mühafizə orqanlarına təqdim edərək barəsində tədbir görülməsini istəyib.

Qeyd edək ki, ölkəmizin ağır müharibə şəraitində olduğu bir dövrdə neçə-neçə oğullarımız ana-bacılarımızın qeyrətini qoruyur. Hər kəs bir olub Ali Baş Komandanın ətrafında sıx birləşərək qələbə üçün ordumuza bacardığı dəstəyi göstərir. Xalq birlik ,bərabərlik nümayiş etdirir. Namiqin isə dəstəyi bir kənara , hər çiynində bir rütbə olan forması ilə düşmənin rişğənd hədəfi olan foto-sessiyasından başqa heç bir fəaliyyətini görməmişik. Hər daim bu və buna oxşar problemlərlə gündəmi zəpt edən Aşıq Namiq yenə də öz “səviyyəsini” nümayiş etdirib.

Qeyd edək ki, Aşıq Namiq “Lider” televiziyasında veriliş aparıcısıdır. Belə bir sual yaranır ki, normal danışıq tərzi olmayan bu şəxsə kanal rəhbərliyi necə etimad göstərir?. Ümüd edirik ki, bu yazıdan sonra onun haqqında kanal rəhbərliyi tərəfindən lazımi tədbirlər görüləcək.

Fotoları olduğu kimi sizə təqdim edirik:


Abunəlik