Nazir cəmiyyətə ÇAĞIRIŞ ETDİ
İctimai yerlərdə, ailə daxilində yoluxmalar çox artıb. Dövlət müəssiələrində işçi sayının 30 faiz həddində azaldılması məhz koronavirusun yayılmasının qarşısını almağa yönəlib.
Bunu Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, hər kəsin qaydalara uyğun davranması ümumi nəticələrə təsir edir:
“Bu bir fərdin, bir şəxsin qaydalara riayət etməsindən, maska taxmasından, gigiyenik qaydalara riayət etməsindən asılı deyil. Ona görə də hazırda cəmiyyətimizin üz-üzə qaldığı, xalqımız üçün şanlı bir dövrdə hər bir vətəndaşımızın qarşımızda duran milli maraqlara nail olmaq baxımından qoyulmuş qaydalara riayət etməkdir”.