Ak Partili gənclər Çankırını Azərbaycan bayrağıyla bəzədilər-Böyük dəstək

Baxılıb:367
Ak Partili gənclər Çankırını Azərbaycan bayrağıyla bəzədilər-Böyük dəstək

AzTimes.az xəbər verir ki, 29 oktyabr Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci il dönümündə Türkiyənin böyük şəhərlərindən olan Çankırıda Ak Partinin gənc üzvləri bütün şəhəri Azərbaycan bayraqları ilə bəzəyib. Onlar xalqımızın apardığı haqlı savaşda dost və qardaş xalqın yanında olduqlarını, qələbənin Azərbaycanın olacağına əmin olduqlarını bildiriblər.” Əgər azəri qardaşlarımız gərək duyarsa biz anında silaha sarılaraq onlara haqq yolunda dəstəyə hazırıq. Amma və lakin Azərbaycanın o qədər güclü ordusu var ki, buna gərək yoxdur. Ürəyimiz hər daim azəri qardaşlarımıza döyünür. Sevincimiz sevincimiz,qələbəmiz qələbəmiz,kədəriniz kədərimizdir. Azərbaycan ordusu bu savaşda qalıbdır. Qarabağ Azərbaycandır”.

Elsevər Mürsəlli /AzTimes.az


Abunəlik