Prezidentə iş üçün videomüraciət ünvanlayan gənci icra başçısı həbs etdirib-SAATLIDA
Bu il aprel ayının 22-də “Youtube” sosial şəbəkəsi vasitəsilə prezident İlham Əliyevə müraciət edən gənc həbs olunub.
Bu barədə Azerinfo.tv-yə onun həyat yoldaşı məlumat verib. 4 aylıq hamilə olan Rəna Axundovanın prezidentə müraciətini olduğu kimi təqdim edirik:
“Hörmətli Cənab Prezident!
Mən Saatlı rayon sakini, Axundova Rəna Rafiq qızı yazıb Sizə bildirmək istəyirəm ki, həyat yoldaşım Axundov Vüsal Əlibala oğu ilə 2016-cı il, may ayının 22- də ailə qurmuşuq.Həyat yoldaşım Axundov Vüsal Əlibala oğlu hər iki valideyinini itirib.Mən özüm Saatli rayon, Qırağlı kəndi, V.Ezimov adına orta məktəbdə müəllimə işləyirəm.Bir övladımız var.Sosial durumumuz olduqca çətindir.Bununla bağlı yoldaşım dəfələrlə iş üçün Saatlı rayon İcra Hakmiyyətinə, Saatlı rayon Məşğulluq İdarəsinə müraciət etsə də bizə heç bir köməklik olmayıb.Həyat yoldaşım rayon rəhbərliyinə dəfələrlə müraciət edəndən sonra , internet üzərindən Sizə video müraciət ünvanladı.
Bundan sonra rayon rəhbərliyi yoldaşımı rayon icra hakimiyyətinə çağırıb Sizə müraciət etdiyinə görə hədə-qorxu gəldi.İcra hakimiyyətindən bildiriblər ki, rayonda işi versək biz verəcəyik, ölkə başçısına müraciət etməyinin xeyri yoxdur.Bu hadisədən sonra may ayının 3 -də Saatlı rayon icra başçısının köməkçisi Zaur, yoldaşımı yanına çağıtdırıb ona “Kapital” banka məxsus kart verib ki, bu kartdan hər ay 173 manat çıxart və ehtiyaclarını ödə.Həyat yoldaşım rayon icra başçısının koməkçisi Zaur bəyə bildirib ki, bu pulla mən ailəmin, bir azyaşlı övladımın maddi çətinliklərini ödəyə bilmirəm.Xahiş edirəm mənə işləmək üçün bir iş verin.Bu barədə çoxsaylı müraciətlər olunsa da heç bir işlə təmin olunmadı.
Cənab prezident, may ayının 15- da tezdən işə gedəndə azyaşlı övladımı da həyat yoldaşımla bağçaya yola salmışam.Günorta dərsdən evə gələndə məlum olub ki, həyat yoldaşım dostu Qarabağ müharibə Qarabağ qazisi Səbuhi ilə Səbuhinin hər hansı bir işi üçün rayon icra hakimiyyətinə gedib.Orada həyat yoldaşıma polis hücum edib, döyüb və onu qanunsuz olaraq 10 günlük həbs ediblər.Bu barədə heç bir məlumat verilmir.Rayon polis şöbəsindən bildiriblər ki, Axundov Vüsal polisə əl atdığına görə onu həbs ediblər.
Cənab Prezident, Ali Baş Komandan Yazıb Sizə bildirirəm ki, bu ağ yalandır.Həyat yoldaşım o fiziki gücə malik deyil ki, on nəfər polis əməkdaşı olan zaman Axundov Vüsal polis əməkdaşına əl qaldırsın.Bu hadisə Rayon İcra Başçısının göstərişi ilə baş verib. Yazıb Sizə bildirmək istəyirəm ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov rayon sakinlərinə qarşı çox sərt, kobud rəftar edir.Mətbuatda yayılan xəbərlərdən də aydındır ki, Siraqəddin Cabbarov dəfələrlə qəbula gedən rayon sakinlərini alçaldıb, təhqir edib.
Bu yaxınlarda Saatlı rayon sakini Şamil Hacıbəylinin qızının toyunun keçirilməsinə icazə verməyib. Cənab Prezident, Sizin ölkədə bir çox sahədə islahatlar həyata keçirdiyiniz, dəfələrlə rayonlara səfərlər etdiyiniz, insanlarla görüşləriniz, Şamaxıda baş verən zəlzələ zamanı da rayona səfərlər etməyiniz, evləri dağılmış insanlarla görüşməyiniz, şəhid ailələrini qəbul etməyiniz, siyasi məhbusların azadlığa çıxması ilə bağlı əfv sərəncamı imzalamağınız xalqımız tərəfindən böyük sevgiylə qarşılanıb. Çox təəssüflər olsun ki, Sizin apardığınız islahatlar fonunda rayon icra başçıları özlərini yenə də padşah kimi apararaq, islahatlara ləkə salmaqla məşğuldurlar. Cənab Prezident, bu müraciətdən sonra mən həyat yoldaşım Axundov Vüsal Əlibala oğlu kimi həbs olunacağımdan və yaxud işimdən azad olunacağımı nəzərə alıb Sizdən təhlükəsizliyim və həyat yoldaşımın qanunsuz olaraq azad olunması üçün köməyinizi istəyirəm.Çox xahiş edirəm mənə kömək edin.Bir azyaşlı körpə övladımı, və dörd aylıq hamilə olduğum üçün çox pis vəziyyətdə qalmışıq.”