İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”

Baxılıb:135
İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”

Rəsmi Bakının təmsilçiləri Moskvada və ya başqa bir yerdə erməni tərəfi ilə Dağlıq Qarabağla bağlı danışıqlar aparmağa hazırdırlar.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS agentliyində müsahibəsində söyləyib.

“Qarşıdurmaya son qoymaq və həll yollarını tapmaq üçün həm Moskvada, həm də hər hansı digər bir yerdə görüşməyə hər zaman hazırıq”, deyə İlham Əliyev vasitəçilik yolu ilə həmkarı ilə görüşmək üçün Moskvaya gəlməyə hazır olub-olmadığına dair suala cavab verərkən qeyd edib.

Eyni zamanda, Azərbaycan Prezidenti Bakının hər cür təmasa hazır olduğunu söyləyib.

“Hazırkı vəziyyətdə mən belə bir dəvət almamışam, bu səbəbdən sual mənə ünvanlanmamalıdır. Şəxsən Rusiya Prezidenti Vladimir Putin, ondan əvvəl Dmitri Medvedev, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli görüşlər təşkil edib. Ancaq Ermənistanda hakimiyyət şərti olaraq “Soros”un əlinə keçəndən sonra bu cür təmaslar dayandırılıb”, deyə İ. Əliyev bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Rusiya həmişə münaqişənin həllində mühüm rol oynayıb. Bunun üçün həm tarixi, həm də coğrafi baxımdan obyektiv səbəblər var. Buna səbəb həmçinin Rusiyanın on illərdir bölgəmizdə fəal şəkildə fəaliyyət göstərməsi və qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasıdır. Buna görə də biz hər cür təmaslara hazırıq” – Azərbaycan Respublikasının prezidenti vurğulayıb.

İ. Əliyev xatırladıb ki, xarici işlər nazirlərinin görüşünün təşkili barədə təklif aldıqda, Azərbaycan tərəfi dərhal bu görüşə razılıq verib.

“Bu məqam həmçinin bizim mövqeyimizin göstəricisidir, axı o zaman Azərbaycan ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla azad etmişdi. Münaqişənin davam etməsindən on gündən çox vaxt keçmişdi və kimin nəyə qadir olduğu hər kəs üçün demək olar ki, aydın idi. Hərbi əməliyyatların gələcək gedişatını proqnozlaşdırmaq çox çətin deyildi. Ancaq buna baxmayaraq biz nə vaxtı uzatdıq, nə də danışıqlardan imtina etdik. Biz dedik: “Bəli, biz hazırıq”.


Abunəlik