Erməni təcavüzü nəticəsində Gəncədəki itkilər açıqlandı – FOTO
Erməni silahlı qüvvələrinin ağır artilleriya silahlarından 17 oktyabr tarixində Gəncə şəhərində əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 13 dinc sakin həlak olub.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, həlak olanlardan altısı kişi, dördü qadın, üçü azyaşlıdır.
Əhali arasında yaralananların sayı isə 48-dir. Onlardan 23-ü kişi, 20-si qadın, beşi isə azyaşlıdır.
Daha iki nəfər uşaq isə itkin düşüb.