Prezident: “Şuşasız bizim işimiz yarımçıq olar”

Baxılıb:229
Prezident: “Şuşasız bizim işimiz yarımçıq olar”

İşğal edilmiş torpaqların hər biri qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir şəhərin, kəndin dəyəri o biri şəhərlər, kəndlərlə müqayisədə eynidir. Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi bir yeri var”.

Bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, Şuşa bizim tarixi şəhərimizdir:

“Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox dahi, istedadlı şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr vaxtı da bu məsələ həmişə gündəlikdə idi”.

İlham Əliyev vurğulayıb ki, danışıqlar masasında təkliflər var idi ki, Azərbaycan beş rayonu alsın və bununla kifayətlənsin, qalanlar qalsın:

“Mən heç vaxt bununla razılaşmamışam. Beş rayonu alıb, qalan rayonları qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cürə düzgün olmazdı. Müxtəlif vaxtlarda vasitəçilər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdi ki, İlham Əliyev niyə bununla razılaşmır?

Şuşasız bizim işimiz yarımçıq olar. Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Buna çalışmalı və nail olmalıyıq”.


Abunəlik