Müdafiə Nazirliyi: “Ermənistan tərəfi təxribat xarakterli yalan məlumatlar yaymağa davam edir”

Baxılıb:169
Müdafiə Nazirliyi: “Ermənistan tərəfi təxribat xarakterli yalan məlumatlar yaymağa davam edir”

Ermənistanın işğal etdiyi Qırmızı Bazar yaşayış məntəqəsinin guya Azərbaycan Ordusu tərəfindən “Smerç” YARS vasitəsilə atəşə tutulması və mülki əhaliyə xəsarət yetirilməsi barədə yayılan xəbərin heç bir əsası yoxdur və yalandır.

Bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib.  

Bir daha bildiririk ki, humanitar atəşkəs rejiminə tam əməl edən Azərbaycan Ordusu yalnız zərurət yarandıqda qarşı tərəfi susdurmaq məqsədilə legitim hərbi obyektlərə atəş zərbəsi endirmək hüququnu özündə saxlayır.


Abunəlik