Rusiya niyə çıldırdı? – Ermənistanda vurulan raket komplekslərindən ikisi “İskəndər” idi? – ŞOK İDDİA
Azərbaycanın ötən gecə və bu gün səhər ard-arda Ermənistan ərazisindən ölkəmizin mülki obyektlərini hədəfə alan raket komplekslərini vurmasından sonra Moskvanın niyə özündən çıxdığının səbəbi getdikcə aydınlaşır.
AzTimes.az-ın Rusiyanın Avia.pro portalına istinadən verdiyi məlumatına görə, vurulan həmin qurğulardan ən azı ikisinin “İskəndər” kompleksi ola biləcəyi ehtimalı var.
Məlumatda deyilir:
“Dünən gecə Azərbaycan Ermənistana sarsıdıcı bir zərbə vurdu, nəticədə taktiki raket sistemləri olan bütün bir bölgə məhv edildi, bunların arasında yalnız Tochka-U raket sistemi deyil, eyni zamanda Rusiyanın son model İskəndər kompleksləri də var”.
Məlumatda o da iddia olunur ki, Ermənistanda mövcud olan 4 “İskəndər” kompleksindən ikisi artıq məhv edilib.
“Azərbaycanın pilotsuz təyyarəsi vasitəsilə çəkilən kadrlarda həqiqətən ən azı iki İskəndər sisteminin yox edildiyini görə bilərik – bu komplekslərin fotoşəkillərini müqayisə edəndə açıq bir oxşarlıq görmək olar. Baxmayaraq ki, Ermənistan məhv edilmiş RK tipini açıqlamır”,-Avia.pro yazır:
“Məlumatda məhv edilmiş taktiki raket sistemlərinin dəqiq sayı barədə bildirilmir, lakin mənbələrə görə, 7-9 taktiki raket sisteminin sıradan çıxarılmasından bəhs edə bilərik”.
/ovqat.com