Ermənilər Ağdama yenə mərmi atıb: İki mülki şəxs yaralanıb

Baxılıb:211
Ermənilər Ağdama yenə mərmi atıb: İki mülki şəxs yaralanıb

Cəbhədə şiddətli döyüşlər davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunu yenidən atəşə tutub, dinc sakinləri hədəf alıblar.

Düşmənin növbəti dəfə atdığı mərmilərdən biri rayon ərazisinə düşüb. Nəticədə iki mülki şəxs yaralanıb.

Hazırda döyüşlər davam edir.


Abunəlik