DTX Qarabağda döyüşən kürd terrorçularının səsini yaydı – VİDEO

Baxılıb:269
DTX Qarabağda döyüşən kürd terrorçularının səsini yaydı – VİDEO

Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən, İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib.

Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq, münaqişə bölgəsinə gəldiklərindən peşmanlıq keçirdiklərini bildirirlər.

Müvafiq materialları təqdim edirik.


Abunəlik