Hikmət Hacıyevdən xəbərdarlıq – Mülki aviasiya üçün təxribat təhlükəsi
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Azərbaycana uçan mülki aviasiyaya qarşı təxribat törədə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bununla bağlı H.Hacıyev “Twitter” hesabında paylaşım edib.
“Ermənistanın Azərbaycanın şəhərlərini raket atəşinə tutması səbəbindən Azərbaycan Hava Yolları bu gün bütün böyük hava daşıyıcılarına bildiriş göndərib. Gözləyirik ki, Ermənistanın Azərbaycanın böyük şəhərlərinə atdığı raketlər mülki aviasiyaya qarşı təxribata səbəb ola bilər”.
Azerbaijan Airlines today sent notification to all major air carriers to divert their route in the airspace of Aze due to immenent missile threat of Armenia. After Armenia’s delibarate missile attack to major cities of Azerbaijan we can expect any provocation to civil aviation.— Hikmet Hajiyev (@HikmetHajiyev) October 5, 2020