Hikmət Hacıyev: “Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib”

Baxılıb:158
Hikmət Hacıyev: “Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə əlaqədar “Ukraina-24” telekanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və dövlətimizin özünün suveren ərazisini müdafiə etməsi, mülki insanlarımızın, obyektlərimizin atəşə məruz qalması barədə danışıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan 30 ilə yaxındır münaqişənin dinc yolla həllinə çalışıb. Azərbaycan ATƏT-in Minsk qrupu formatında münaqişənin həllində maraqlı olub, lakin Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib.

“Ermənistanın baş naziri “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesini pozmaqda maraqlı olduğunu göstərib, qeyri-konstruktivlik nümayiş etdirib. Bundan başqa, Ermənistan ordusu təxribatlar törədərək Azərbaycanın mülki insanlarını qətlə yetirməyə, evləri, mülki obyektləri atəşə tutmağa başlayıb. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib”, – deyə Prezidentin köməkçisi əlavə edib.

Hikmət Hacıyev, həmçinin Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiklərini xatırladıb, bunun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu söyləyib.

Hikmət Hacıyev: “Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib”


Abunəlik