ƏMƏK HAQQI KARTINDAN OĞURLUQ EDƏN ŞƏXSLƏR SAXLANILIB
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, rayon sakini Rövşən Süleymanov Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus əmək haqqı kartından pulunun oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Vüsal Məmmədov və Əli Əlisoy saxlanılıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət şi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Gördüyünüz şəxslərin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onların qanunsuz əməllərindən əziyyət çəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Bərdə Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.