Hansı məktəblərdə tədrisin həftədə beş dəfəyə keçiriləcəyi bilindi – RƏSMİ
“Gündəlik korinavirusa yoluxma statistikasının az olması səbəbindən oktyabrın 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri, Abşeron yarımadasında I-IV siniflərin dərsə gəlməsi həftədə iki gündən üç günə keçiriləcək”.
Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, dərslərin əyani saatlarının sayında artım olacaq.
“Bölgələrdə şagird sayı 200-dən çoxdursa, onlarda dərslər həftədə üç dəfə, şagird sayı 200-dən azdırsa, ənənəvi formada, yəni həftədə beş dəfə keçiriləcək”, – deyə nazir əlavə edib.