Noyabrın 2-dək həftəsonları ictimai nəqliyyat işləməyəcək – RƏSMİ

Baxılıb:153
Noyabrın 2-dək həftəsonları ictimai nəqliyyat işləməyəcək – RƏSMİ

Nazirlər Kabineti ölkə ərazisində xüsusi karantin rejiminin noyabrın 2-dək uzadılması barədə qərara qəbul edib.

Bununla bağlı sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, “Bakı Metropoliteni”ndə 2 noyabradək həftə sonları sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Belə ki, 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və “Bakı Metropoliteni”ndə sərnişindaşıma fəaliyyətinin dayandırılması qərara alınıb.


Abunəlik