SON DƏQİQƏ! Nazirlər Kabineti cəbhə ilə bağlı məlumat yaydı

Baxılıb:658
SON DƏQİQƏ! Nazirlər Kabineti cəbhə ilə bağlı məlumat yaydı

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq qurumların nümayəndələri Tovuz Ağstafa və Qazax rayonlarının cəbhəboyu yaşayış məntəqələrində olub.

AzTimes.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, hökumət nümayəndələri cəbhəboyu yaşayış məntəqələrində içməli su, qaz, elektrik enerjisi ilə təminat, məktəb və tibb məntəqələrinin vəziyyəti ilə tanış olublar.

Cəbhəboyu yaşayış məntəqələrində kommunal və sosial infrastrukturun təkmilləşdirilməsi və yenilərinin yaradılmasına dair konkret layihələr müzakirə olunub, müvafiq qurumlara konkret tapşırıqlar verilb.

Cəbhəboyu bölgələrdə həyat üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması hökumətin prioritetləri sırasındadır


Abunəlik