Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? – SİYAHI

Baxılıb:226
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? – SİYAHI

2020-ci ilin yanvar-sentyabr aylarında Balakən rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 884 min 969 manat olan 15 tender keçirilib.

FED.az-ın məlumatına görə, ən çox tenderi Balakən rayon İcra Hakimiyyəti və Balakən Suvarma Sistemləri İdarəsi keçirib. Hər iki idarə 6 tender keçirib.

Balakən Suvarma Sistemləri İdarəsi həmçinin tenderlərin ümumi məbləğinə görə də birincidir. Belə ki, 6 tenderin ümumi məbləği 401 min 792 manat olub.

Bundan başqa, rayonda Balakən rayon Mərkəzi Xəstəxanası, Balakən rayon Əsas İnternat Məktəbi tenderlər keçirib.

Rayonda keçirilən ən böyük tenderləri “Şans-2011” MMC və “ATF” MMC qazanıb. “Şans-2011” MMC ümumi məbləği 336,9 min manat olan 2, “ATF” MMC isə ümumi məbləği 334,3 min manat olan 1 tender qazanıb.

FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Balakən rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI


Abunəlik