SON DƏQİQƏ: Ermənistan ordusu bu torpaqlarımızdan çıxır – Erməni KİV

Baxılıb:3618
SON DƏQİQƏ: Ermənistan ordusu bu torpaqlarımızdan çıxır – Erməni KİV

Cənubi Qafqazda gərginliyin artması fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri müəyyən fəallıq göstərib və münaqişə tərəfləri ilə danışıqlara başlayıb. Xüsusilə, gizli məlumatlar var ki, artıq İrəvanda ATƏT-in Minsk Qrupunun danışıqlar masası arxasına oturmaq təklifini qəbul ediblər. Ermənistanın münaqişənin “Madrid prinsipləri” üzrə həllinə razılıq verdiyi də bildirilir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti məlumat yayıb.

Qəzetin Ermənistan hökumətindəki mənbəsinin sözlərinə görə, Ermənistan Minsk Qrupunun təklifini qəbul edib:
“Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bu sənədin bəzi məqamları ona aydın deyil və o, izahat üçün vasitəçilərə müraciət edib”.

Xatırladaq ki, 2007-ci ilin noyabr ayında Madriddə Minsk Qrupunun həmsədr ölkələri – ABŞ, Fransa və Rusiya nazirləri Ermənistan və Azərbaycanın arasındakı münaqişənin əsas nizamlama prinsiplərinin ilkin variantını, yəni “Madrid prinsipləri” adlı sənədi təqdim ediblər.

“Madrid prinsipləri”nə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayondan və Laçının 13 kəndindən işğalçı ordu çıxarılmalı və bu torpaqlar Azərbaycana geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakılardır:

Ağdam rayonu

Füzuli rayonu

Cəbrayıl rayonu

Zəngilan rayonu

Qubadlı rayonu

Laçın rayonunun 13 kəndi.

AzTimes.az


Abunəlik