İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? – İDDİA

Baxılıb:315
İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? – İDDİA

Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinə gələrək könüllü vətənin müdafiəsi üçün canından keçməyə belə hazır olduğunu bəyan etmişdir.

Bu barədə dosye.org-a rayon sakinləri məlumat verib. Belə ki, Prezident cənab İlham Əliyevin çağırışından sonra ölkənin bütün istiqamətlərindən rayon şöbələrinə vətəndaşlar axışaraq Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyəcəklərini bir daha sübüt etdilər. Lakin bəzi məmurlar imic xatirinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə gələrək guya könüllü vətənin müdafiəsinə qalxır və eyni zaman da canlarından keçməyə hazır olduqlarını bildirdilər. Reallıq ondan ibadətdir ki, şounun sosıal şəbəkədə fotolar çəkdirib paylaşım etmək gülünc idi.

Əslində, həmin məmur və onlara havadarlıq edənlər də yaxşı bilir ki, bu cür variantlar keçərli deyil. Lerik rayonundan söz düşmüşkən nəzərinizə çatdıraq ki, başçı-müavin cütlüyü daim rayon sakinlərini dövlətdən və dövlət başçısından narazı salır. Bu barədə sosial şəbəhədə kifayət qədər narazılıqlar və başçı-müavin hegamonluğu ilə bağlı silsilə yazılar dərc edilib. Hər bir insan üçün vətən onun elindən və obasından başlayır. Bu danılmaz faktdır.

Rayonda narazı kütlə yetişdirən və onların problemlərinin istiqamətində heç bir iş görməyən Cəlil Baxşıyev necə ordu sıralarına qoşula bilər? Və yaxud, Lerik RİH başçısı Rövşən Bağırov hansı haqla vətənpərvərlikdən söbət aça bilər? Ən azından qarşılarında narazı kütlənin peyda olacağını və Lerik sakinlərin haqlı tələblərinə cavab verəcək imkanında deyil. Əslində, Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev heç də müharibə üçün canfəşanlıq etmir. Təbii ki, Ali Baş Komandan cəlillərə və digər könüllü vuruşmaq istəyən məmurlara güvənmir. Səbəb isə çox sadədir…Çünki, etimadı doğrultmayan məmur heç bir halda VƏTƏN anlamını duya bilməz.
(dosye.org)


Abunəlik