Türkiyədən yeni qayıdan kişi arvadını sevgilisi ilə tutdu və… – İsmayıllıda DƏHŞƏT

Baxılıb:237
Türkiyədən yeni qayıdan kişi arvadını sevgilisi ilə tutdu və… – İsmayıllıda DƏHŞƏT

İsmayıllı rayonunda arvadını öldürməkdə təqsirli bilinən Elçin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

AzTimes.az  ölkə.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 30-na təyin olunub.

İttihama görə, ötən il iyulun 2-dən 3-nə keçən gecə Ağdaş rayonunda anadan olmuş və İsmayıllının Kürdmaşı kənində yaşayan Ceyhunə Səfərova qətlə yetirilib.

Qadın odlu silahdan açılan atəş nəticəsində ölüb. Qətllə bağlı şübhəli qismində Ceyhunə Səfərovanın həyat yoldaşı Elçin Cəfərov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, kişi işləmək üçün getdiyi Türkiyədən yenicə qayıdıbmış.

İstintaq zamanı Elçin Cəfərov bildirib ki, arvadını qısqanclıq zəminində və namus üstündə öldürüb.
O, bildirib ki, arvadının başqa kişi ilə görüşə getdiyini öz gözləri ilə görüb. Ov tüfəngi ilə silahlanaraq birbaşa sevgililərin yanına gedib.

Elçin Cəfərov arvadını sevgilisi ilə birlikdə olarkən tutub. O, arvadının görüşdüyü kişini təqib etsə də, ikinci qaça bilib, qadını isə hadisə yerindəcə güllələyib.

İstintaq orqanı tərəfindən Elçin Cəfərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir