Ermənilər Paşinyanı və ailəsini biabır etdilər: “Oğru, narkoman və qlamur…”
“Deyəsən, bunların bütün ailə üzlərində psixi problem var”. Bu sözləri sosial şəbəkələrdə erməni istifadəçilər Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın qalmaqallı rəqs videosu haqqında yazır.
Bir neçə gün öncə Aşot Paşinyanın dostları ilə birlikdə dağılmış binada qəribə musiqinin sədaları altında rəqs etdiyi görüntüləri yayıldı. Görüntülərdən və erməni istifadəçilərin fikirlərindən məlum olur ki, Ermənistanın baş nazirinin oğlu narkotik istifadəçidir. Məlum rəqsi də məhz narkotikanın təsiri altında edir.
Videogörüntülər Ermənistanda etirazla qarşılandı. Sosial şəbəkələrdə erməni istifadəçilər Paşinyanı və onun ailəsinin özbaşınalığını tənqid edir, baş verənləri biabırçılıq adlandırırlar.
Onlardan bir neçəsini təqdim edirik:
“Bu nə biabırçılıqdı? Bütün dünyaya rəzil oluruq”.
“Deyəsən, bunların bütün ailə üzlərində psixi problem var”.
“Bizim baş psiximizin oğlu qeyri-adekvat haldadı”.
“Bütün ailə biabırçılıqdı, marazmda sanki bir-biri ilə rəqabətə giriblər…”.
“Bunlar ya narkomandı, ya satanist”.
“Biabırçılıq, narkopritona oxşayır…”.
“Üzlərinə baxın – tamamilə dərman təsiri altındadır”.
“Ekstazinin təsiridir…”.
“Atası onu bu dəstədən ayırmaq üçün əsgərliyə göndəribmiş yəqin…”.
Aşotun narkotikanın təsiri altındakı rəqsi Paşinyan ailəsinin son qalmaqalıdır. Bundan öncə Nikol Paşinyanın 1,3 milyon, arvadı Anna Akopanın isə 5 milyonluq saat taxması, qızlarının açıq-saçıq geyimlərdə pozalar verməsi və digər məsələlərlə bağlı qalmaqallar baş verib.
Paşinyanın və ailəsinin həyat tərzi yoxsulluqdan əziyyət çəkən sadə ermənilərin həyatına adekvat deyil.
Nikol küçədən hakimiyyətə gələndən sonra özünü “sadə xalqın nümayəndəsi” kimi göstərməyə çalışırdı. Lakin onun mənəvi deqredessiyası üçün cəmi il yarım bəs etdi.
Məlum oldu ki, erməni baş nazir qohumları ilə əlbir olub siqaret qaçaqmalçılığı işini həyata keçirir və bu qeyri-qanuni biznesdən milyonlar qazanır. Bununla bağlı iddialar gündəmə gələndə Paşinyan israrla təkzib etdi. Amma onun və ailəsinin bahalı həyatı ortadadır.
Paşinyan dövlət büdcəsi hesabına qızı üçün avtomobil aldı. Baş nazirin iqamətgahının təmiri üçün dövlət büdcəsindən 2 milyon dollar vsait ayrıldı və bu vəsaiti mənimsədi. Pandemiya dövründəki Ermənistan iqtisadiyyatı daha da pisləşsə də, o, təyyarəsinin bəzədilməsi üçün yüz minlərlə dolların pul xərclədi. Təkcə 2 zirehli avtomobilə 600 min dollar verməsi də belə nümunələrdən biridir.
Paşinyanın və arvadının 1,3 və 5 milyonluq saat taxmaları da Ermənistanda korrupsiya və dövlət büdcəsinin talanmasından, baş nazirin lüks həyat şəraitində yaşamasından xəbər verir.
Ermənistan mediası Nikol Paşinyanın dövlət büdcəsini şəxsi vəsaiti kimi xərclədiyini yazır. Misal üçün, onun vəzifələrə təyin etdiyi dostlarına dövlət büdcəsindən 1,9 milyon dollar civarında gizli premiyaların payladığı haqda məlumatlar var.
Oğlu Aşotun qalmaqallı videosu Paşinyanın Ermənistanı necə idarə etdiyinin, necə dövlət xadimi olduğunun növbəti nümunəsidir. Ötən il Paşinyan oğlunu işğal altındakı Dağlıq Qarabağa guya “hərbi xidmətə” göndərməklə həm “vətənpərvər imic” qazanmağa çalışdı, həm də narkoman oğlunu “pis kampaniya”dan uzaqlaşdırmaq istədi. Amma bu gün Ermənistanda hamı Aşot Paşinyanın “hərbi xidmət”i necə keçdiyini, narkotik asılılığından qurtulmadığını, hansı narkopritonlarda “istirahət etdiyini” yaxşı bilir.
Paşinyan faktiki olaraq öz ailəsini idarə edə bilmir. Faktlar göstərir ki, Nikol Paşinyan özünü “sadə xalqın nümayəndəsi” kimi təqdim etsə də, hakimiyyətin təsirindən adekvatlığı itirib. Sadalanan korrpusiya qalmaqalları, qeyri-adekvat hərəkətlər və çıxışlar, dövlət xadiminə yaraşmayan tərzdə ifadələr və s. – bütün bunlar Nikol Paşinyanın səviyyəsinin və deqradasiyasının göstəricisidir.
Ermənilər baş nazirin və ailəsinin qeyri-adekvat davranışlarına, eləcə də dövlət büdcəsi hesabına lüks həyat yaşamalarına etiraz edirlər. Çünki onlar Serj Sarkisyanı oliqarx olduğu üçün taxtdan endirdilər, yerinə gətirdikləri Paşinyan isə özünü zadəgan kimi aparır.(demokrat.az)