Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu- SON DƏQİQƏ

Baxılıb:899
Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu- SON DƏQİQƏ

Sentyabrın 20-də saat 23 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.

Bu barədə Musavat.com-a Şəmkir rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, iki güclü partlayış səsi ard-arda eşidilib.- Advertisement –

Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb.

Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə qeyd edilən saatda Şəmkirə rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) məhv edilib.

Məlumata erməni PUA-sı Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib. Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb.

Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.

AzTimes.az


Abunəlik