Azərbaycanda odunun kubmetrinə veriləcək məbləğ AÇIQLANDI

Baxılıb:516
Azərbaycanda odunun kubmetrinə veriləcək məbləğ AÇIQLANDI

“Azərbaycanda meşələrdə narkotiklərin becərilməsinin qarşısını almaq üçün mütəmadi olaraq reydlər aparılır. Aşkar edilən faktlar barədə hüquq-mühafizə orqanlarına məlumat verilir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

O qeyd edib ki, belə faktlar İsmayıllı, Zaqatala, Balakən və digər rayonlarında qeydə alınıb.

N.Xıdırovun sözlərinə görə, hazırda anbarlarda 10 min kub metrdən çox odun ehtiyatı var:

“Vətəndaşlara odunun bir kubmetrinin 15 manata tədarük edilməsi düşünülür. Belə ki, əhali banka yaxınlaşaraq, odunun bir kubmetri üçün 15 manat ödəyir. Daha sonra bizim qurum tərəfindən meşə buraxılışı orderi ilə meşədən odunun çıxarılmasına icazə verilir”.


Abunəlik