Xaçmazda dəhşət kürəkən qayınatasını güllələdi
Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası, 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.
AzTimes.az