Türkiyədə koronavirusdan daha 66 nəfər öldü

Baxılıb:223
Türkiyədə koronavirusdan daha 66 nəfər öldü

Türkiyədə son sutka ərzində daha 66  nəfər koronavirusdan ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 315  nəfərə çatıb:

“Bu gün ölkədə  koronavirus testindən  keçən 109 985  nəfərdən 1 648-nin cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı 298 039  nəfərə çatıb.

Müalicə olunan 1 143 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 263 745  nəfər təşkil edir”.


Abunəlik