Elşən Hüseynov oğlu haqdakı ittihamlara münasibət bildirdi:”Qadın nişanlı qızının cehizlərini bizə aldırmaq istəyirdi”

Baxılıb:450
Elşən Hüseynov oğlu haqdakı ittihamlara münasibət bildirdi:”Qadın nişanlı qızının cehizlərini bizə aldırmaq istəyirdi”

Bir neçə gün öncə Rəna Novruzova adlı vətəndaş saytımıza müraciət edərək  Murad Hüseynov adlı vətəndaşın onu Ayna Sultanova yaxınlığında vuraraq qaçdığını iddia etmişdir. ( http://aztimes.az/2019/04/08/prezidentin-ev-il%C9%99-mukafatlandirdigi-m%C9%99murun-ozbasinaligi/ )

Biz AzTimes.az saytı olaraq qarşı tərəfin mövqeyini öyrəndik. Murad Hüseynovun atası Elşən  Hüseynov bizimlə əlaqə saxlayaraq bildirdi ki, oğlu Murad Hüseynov  avtomabilini arxaya verərkən ehtiyatsızlıq nəticəsində Rəna Novruzovaya toxunmuşdur. Murad  Novruzov xanıma kömək təklif etsə də Novruzova heç bir problem olmadığını,  hər şeyin yolunda getdiyini söyləyib. Lakin iki gün sonra məlum olub ki, Rəna Novruzova 102 xidmətinə zəng etmiş və Murad Hüseynovdan şikayət vermişdir.  Ailə Rəna Novruzovagilə gedrək üzraqlıq edərək 100AZN məbləğində pul verib. Xanım heç bir problem olmasdığını, şikayətini geri götürəcəyini bildirib. Lakin hadisələr tam əksinə cərəyan edib.  Elşən Hüseynovun iddiasına görə Rəna xanım və qardaşı  ard-arda onlara zəng edərək Rəna xanımın səhhətində problem olduğunu, ona  maaşı məbləğində pul ödənməsini, əks tədqirdə mediya və polisə xəbər verəcəyi ilə hədələmişdir. Bununla sakitləşməyən qadın   Murad Hüseynovun anasına watsapp vasitəsi ilə qarğış dolu cümlələr yazmışdır. Elşən hüseynov bildirdi ki, Rəna Novruzovanın qızı nişanlıdır. ” Xanım  nişanlı qızının cehizini də bizə aldırmaq istəyir. Bizimsə buna gücümüz yoxdur. Oğlum haqqında mediada yazılanlarla bağlı özünə qapanıb.”

Elşən Hüseynov ailəsinin  bu söz-söhbətdən bezdiyini, məsələnin tez bir zamanda qanuni həllinin tapılmasını istəyir.

Pərvin Abışova/AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir