Milli Məclis üzvlərinə -YENİ QADAĞA
Milli Məclisin İntizam komissiyası növbəti çağırış Milli Məclisin birinci iclasında və bundan sonra hər il yaz sessiyasının birinci iclasında Konstitusiyanın 92-ci maddəsinə və Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq yaradılacaq.
AzTimes.az -ın məlumatına görə, bu, sabah Milli Məclisin İntizam Komissiyası və Hüqüq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının Milli Məclisinin İntizam Komissiyasının Əsasnamə layihəsində əksini tapıb.
Milli Məclisin İntizam komissiyası deputatların sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçiləcək. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinlərini və katibini seçəcək. Layihəyə əsasən çağırış müddətində parlamentdaxili məsuliyyətə cəlb edilmiş Milli Məclisin deputatı İntizam komissiyasının üzvü seçilə bilməz.(kommersant.az)