Qan xərçəngindən əziyyət çəkən uşaqlar üçün xeyriyyə tədbiri təşkil edildi
AzTimes.az xəbər verir ki, aprelin 16-sı Xırdalanda yerləşən “Şamlıq” istirahət mərkəzində Qan xərçəngindən əziyyət çəkən uşaqlar üçün təşkil olunmuş xeyriyyə tədbiri keçirilib. Tədbirdə bir çox müğənnilər və media nümayəndələri iştirak edib. Tədbirin təşkilatçısı jurnalist Əvəz Hafizli belə tədbirlərin tez-tez keçiriləcəyini bildirib. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, tədbirə dəstək olan media nümayəndələri fəxri diplomlarla təltif olunub.