Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi İTTİHAM OLUNUR – Şok telefon danışığı…

Baxılıb:266
Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi İTTİHAM OLUNUR – Şok telefon danışığı…

Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi Şəmil Bədəlovun cərrahiyyə maxinasiyalarından qazanıb topladığı topdağıtmaz paralarını müxtəlif şəxslərə sələmə verdiyi, Rübail Hüseynov adlı iş adamı ilə aralarında yarım milyonluq ciddi “pul davası” olduğu üzə çıxır.
“Demokratik.Az”-ın əldə etdiyi bir telefon danışığında bəlli olur ki, həkim Şəmil Bədəlov müxtəlif vaxtlarda kürəkəni Asif İmamquliyevin də şəriki olduğu iş adamı Rübail Hüseynova qazanc əldə etmək məqsədilə ümumilikdə 585 min manat borc pul – sələm verib. Sonradan isə tərəflər arasında münaqişə, böyük qalmaqal baş qaldırıb. İş böyüyüb və hər iki tərəfin şikayətləri əsasında polis və prokurorluq orqanları tərəfindən araşdırmalar aparılıb.
Qalmaqalda adıkeçən Rübail Hüseynovun iş üzrə proseslərdə bir neçə dəfə həbs olunduğu və hazırda iş materiallarının Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğu bildirilir.
Audiosəs – telefon danışığından aydın olur ki, tərəflər bir-birlərini aldatmaqda, dələduzluqda ittiham edir, həkim Şəmil Bədəlov isə bir az da irəli gedərək qarşı tərəflə hədə-təhdid dilində danışır. Həkim qarşısındakını ya həbs etdirmək və ya öldürtdürmək istəyir.
Bütün bunlar bir yana, bir baş həkimin hansı halal yolla 100 minlərlə manat vəsait əldə etdiyi, Bakı və Gəncədə bir neçə villanı və bahalı avtomaşınları hansı şəffaf gəlirlə aldığı ictimaiyyətə aydın deyil.
Təqdim etdiyimiz TELEFON DANIŞIĞI zamanı bir sıra mətləblərə tam aydınlıq gətirilir.
(mövzu diqqətimizdədir)
 //”Demokratik.Az”//


Abunəlik