Ərdoğanın çıxışı Fransa mətbuatında:Makron çətin durumda-ŞOK manşet

Baxılıb:416
Ərdoğanın çıxışı Fransa mətbuatında:Makron çətin durumda-ŞOK manşet

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fransalı həmkarı Emmanuel Makrona yönəlik müraciəti fransız mediasında geniş işıqlandırılıb.

AzTimes.az xəbər verir ki, Fransanın məşhur nəşrləri Şərqi Aralıq dənizində yaranmış gərginlik fonunda Fransanın Türkiyəyə qarşı xüsusi canfəşanlıq göstərdiyi üçün Ərdoğanın Makronun ünvanına işlətdiyi sərt ifadələrə xüsusi yer verib.

Bəzi nəşrlərin manşetdə yer alan başlıqlarını təqdim edirik:

“Le Monde” – “Ərdoğan Makronu təhdid etdi, Türkiyə ilə dava axtarmayın”;

“Le Figaro” – “Aralıq dənizində gərginlik: Ərdoğan Makronu “sənin şəxsimlə hələ çox problemin olacaq” deyə xəbərdarlıq etdi”;

Bfm TV – “Ərdoğan Makronu Türkiyə ilə dava etməməyə çağırdı”;

LCI – Prezident Ərdoğandan Emmanuel Makrona xəbərdarlıq: “Türkiyə ilə mübahisə etməyin”;

Ouest France – “Türkiyə Prezidenti Ərdoğan Makronu Livanda müstəmləkəçilikdə suçladı”;

“Le Telegramme” – Türkiyə Prezidenti Ərdoğan Emmanuel Makrona “Türkiyə ilə mübahisə etməməsi üçün xəbərdarlıq etdi”.

Xatırladaq ki, Ərdoğan Makrona xitabən belə deyib: “Cənab Makron, sənin şəxsən mənimlə hələ çox sıxıntın olacaq. Dəfələrlə bunu sənə söyləmişəm, amma qulaq asmırsan… Tarixdən bilgin yoxdur, türk millətiylə məşğul olma. Afrikanın tarixi Türkiyənin tarixidir.

Əlcəzirdə, Ruandada minlərlə insanı öldürən sizlərsiz. Bizə insanlıq dərsi keçə bilməzsiz”.teleqraf.com


Abunəlik