Müəllim olmaq şərəfdir

Baxılıb:352
Müəllim olmaq şərəfdir



İnsan qəlbini riqqətə gətirən bahar ecazkar gözəlliyi ilə daha duyumlu yadda qalandır. Haqqında söhbət açmaq istədiyim Kəlbəcər rayon 98 saylı tam orta məktəbin ingilis dili müəllimi Sevinc Kamil qızı Hüseynova da ömrünün bahar çağını yaşayır. Həyatını müəllim kimi şərəfli bir peşəyə həsr edən bu şəxsiyyətin barəsində yazı hazırlamaq istəyi məndə birdən-birə yaranmayıb. Onu yaxından tanıyan, işinə-gücünə bələd olan insanların ağız dolusu söhbətləri məni bu imkanı həyata keçirməyə sövq etdi. Kəlbəcər rayon 98 saylı tam orta məktəb qabaqcıl təhsil ocaqlarından sayılır. Burada öz vəzifə borcunun məsuliyyətini dərindən dərk edən savadlı, təcrübəli pedaqoqlar çoxdur. Məhz bunun nəticəsidir ki, hər il bu təhsil ocağından ali məktəblərə neçə-neçə məzun daxil olur. Onların fəal həyat mövqeyinin formalaşmasında, cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsində isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətin ağırlığını dərindən dərk edən, öz işini günün vacib tələbləri səviyyəsində qurmağı bacaran çoxsaylı pedoqoji kollektivin üzvlərindən biri də Sevinc xanım Hüseynovadır. Sevinc müəllimə vətənpərvər, humanist, yurdsevən bir ziyalıdır. Şagirdlərinə hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Doğma Qarabağ, Kəlbəcər və digər işğal olunmuş torpaqlarımız haqqında məlumat vermiş, onları vətənə məhəbbət, düşmənə nifrət ruhunda tərbiyə etmişdir.
Sevinc müəllimə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın təhsilə, təhsil işçilərinə göstərdiyi qayğıdan hər zaman ruhlanmış, Respublikada keçirilən təhsil islahatlarına həmişə böyük maraq göstərmiş, ölkəmizin hər tərəfli inkişafı və gələcək nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi üçün bilik və bacarığını əsirgəməmişdir.
O pedoqoji-metodiki ustalıqla elmin son nailiyyətlərini öyrənərək şagirdlərə çatdırmaq qabiliyyətinə malikdir. Şagirdləri dərin biliyə yiyələnmiş, müxtəlif ali məktəblərə daxil olmuş, həkim, mühəndis, polis, hüquqşünas vəzifələrində çalışırlar. Sevinc Hüseynovada əsl Azərbaycan qadınlarına xas olan xanımlıq, yüksək ziyalılıq həmişə öndə olmuşdur. Bunun nəticəsidir ki, çalışdığı pedaqoji kollektivdə yetişdirdiyi şagirdləri ona böyük ehtiram bəsləyirlər. 
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Sevinc müəllimə yüksək biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir. Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllim ordusunda Sevinc müəllimə kimi xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcək müəllimlər var. 
Biz də Sevinc xanıma daha böyük uğurlar arzu edirik.
Nicat Ocaqlı AzTimes.az


Abunəlik