“Kristal”-ın pas tutmuş rəhbərliyi-VİDEO

Baxılıb:535
“Kristal”-ın pas tutmuş rəhbərliyi-VİDEO

Xırdalan şəhəri “Kristal Abşeron-1” ünvanında yaşayan sakinlər olduqca çətin duruma düşüblər. Qucaq dolusu pul verib rahat yaşamaq üçün aldıqları evləri indi kabuslarına çevrilib. Şirkət rəhbərliyi öz vəzifəsini pulu alaraq xərcləməklə bitmiş hesab edir. Binalarda heç bir təhlükəsizlik qorunmur. Axşam düşən kimi həyəti sahibsiz itlər basır. Bir balaca ehtiyatsızlıq yetər ki, vəhşi itlərin hücumuna məruz qalınsın.
Binada olan mənzillərin əksəri əxlaqsız qadınlara kirayə verilib. Gecə düşdükdə onların müştərilərinin siqnal və musiqi səsləri aşağı mərtəbədə yaşayan sakinlərin yuxusunu ərşə çəkir.
Bu azmış kimi binadan axıdılan su aşağı mərtəbələrdə yaşayan vətəndaşların bütün paltarlarını məhv edir.
Vətəndaş bu problemlərə etirazını bildirmək üsulunu kommunal borcları ödəməməkdə görür. O zamansa bina rəhbərliyi heç bir qurumu xəbər etmədən “Azərişıq ” xətlərinə müdaxilə edərək elektrik enerjisini dayandırır. Bunun nəticəsində neçə sakinin elektrik avadanlığı sıradan çıxıb. Bir sözlə ərazidə “Ağa Nəzərən,belə gəzərəm” siyasəti yürüdülür.
Şikayətçi Türkər Cəbrayıl, Nihat Cəbrayıl bildirirlər ki, iki ildir komendantlığa şikayət etmənizə baxmayaraq heç bir nəticə əldə etməmişik.
“Bizə deyirlər ki, gedin nə bilirsiniz edin. Yuxarı mərtəbələrdə atılan siqaret kötükləri paltarlarınızı məhv edir. Təkcə son bir ayda mənə 300 AZN ziyan dəyib. Tələb edirəm ki, mənə dəyən ziyan “Kristal Abşeron”rəhbərliyi tərəfindən ödənilsin. Duzgünlükdən ,qanundan danışan rəhbərlik binada aparılan əlavə tikililər barədə hesabat verməlidir. Əgər qanunsuzdur və, hamı üçün qanun tətbiq olunsun. Yox qanunidirsə varlı-kasıb seçimi qoyulmasın. Məhayət Nəbiyevdən tələb edirik ki, biz zərərçəkənləri qəbul etsin”

Pərvin Abışova AzTimes.az


Abunəlik