“Azərbaycan Dəmir Yolları”nın vaqonları əriyib necə pula çevrilir? – İTTİHAM

Baxılıb:539
“Azərbaycan Dəmir Yolları”nın vaqonları əriyib necə pula çevrilir? – İTTİHAM

“Azərbaycan Dəmir Yolları” QSC-də çox ciddi maliyyə maxinasiyaları ilə bağlı məlumatlar var.

Bununla bağlı cumhuriyyet.az yerli mediada yayılan məlumatlara əsasən bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də bir müddətdir ki, köhnə, istifadəyə yararsız vaqonlar doğranaraq, poladəritmə zavodlarına satılır. Ancaq tonu 130 manata satılan vaqonları 65 manatdan sənədləşdirirlər. Beləliklə də istifadəsi yararsız hesab olunan vaqonların satışından əldə olunan vəsaitin yarısı dövlətə, yarısı isə şəxsi ciblərə axır.

Mənbə istifadəsi yararsız hesab olunaraq poladəritmə zavodlarına satılan vaqonların sayı ilə bağlı dəqiq məlumat verməsə də, söhbətin 100 minlərlə ton metaldan getdiyini bildirir. Yəni, əməliyyatın miqyası kifayət qədər böyükdür.

Mənbə bu əməliyyatdan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun xəbərsiz olduğunu, bu işin başında Qurbanovun müavini Vüsal Aslanovun durduğunu iddia edib: “Onun başçılığı ilə külli miqdarda vəsait mənimsənilməkdədir. Digər müavinlərin bundan xəbəri olsa da, Vüsal Aslanova heç kim heç nə deyə bilmir. Ona görə ki, Vüsal Aslanov hər yerdə deyir ki, mən Cavid Qurbanovun oğlu Şəmşirlə dostam…”

Qeyd edək ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr gətirildikdən sonra burda bir sıra ciddi dəyişikliklər həyata keçirmişdi. Dəmiryolunun maddi-texniki bazasını yeniləməklə yanaşı QSC-dəki maliyyə maxinasiyalarına, korrupsiya hallarına son qoymaq istiqamətində də bəzi addımlar atmış, vəzifəli şəxsləri işdən kənarlaşdırmışdı. Hətta köhnə rəhbərliyi dəmiryolunun vəsaitlərini təyinatından yayındırmaqda, işçilərin sosial problemlərinin həlli üçün heç bir addım atmamaqda ittiham edərək, dəmiryolunun korrupsiyaya bulaşanlardan “təmizlənəcəyini” bəyan emişdi…

Xatırladaq ki, may ayının 6-da prezident İlham Əliyev keçirdiyi onlayn müşavirədə “Azərbaycan Dəmir Yolları” QSC-ni səmərəsizlikdə ittiham etmişdi.

Qarşı tərəf məsələ ilə əlaqədar mövqe nümayiş etdirə bilər.(Busaat.az)


Abunəlik