Nazirlik qərar verəcək – Elinanın intiharı ilə bağlı

Baxılıb:234
Nazirlik qərar verəcək – Elinanın intiharı ilə bağlı

Təhsil Nazirliyində Elinanın intiharı ilə bağlı iclas olub.

AzTimes.az-a daxil olan məlumata görə, bu gün 162 saylı tam orta məktəbdə 04 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 saylı tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılmış, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir