“Genralın bacısı oğlu”-Ruslan Rəsulzadə

Baxılıb:609
“Genralın bacısı oğlu”-Ruslan Rəsulzadə

Gecə yarı idi.İçi qızla dolu olan “qalınvagen” gəlib restoranın əsas giriş qapısının ağzında dayandı.Mən gözətçi tikilisinin geniş pəncərəsindən qollarımı çarpaz tutub obyektin bağlı olduğuna işarə etdim. Amma maşın getmədi , beş-altı dəfə uzun uzadı siqnala basıb saxladı. Siqnalın səsi o qədər gur idiki əsəblərimə toxundu. Əsgərlikdən təzə gəlmişdim beynim qan idi. Qapıdan hirslə çıxıb maşına tərəf şığıdım .Maşına çatıb başını pəncərədən uzadan oğlana

– Ayə qanmadın işarə etdimki bağlıdıda -dedim. Bayaqdan bəri maşında gülüşən qızlarında elə gədənində gülüşü üzündə dondu.O özünü bir təhər topluyub:

– Qaqaş görünür sən bura təzə çıxırsan. Ona görə də məni tanımadın. Mən bu restoranın yiyəsiyəm.

-Mənə deyilməyib ki, restoranın yiyəsi gələndə burax içəri. Sabah səhər səkkizə qədər heç kim içəri girə bilməz. Mənə belə təlimat veriblər.

– Onda siz rəyisinizlə dəqiqləşdirin. Deyərsiz Rasim məllim gəlib.

-Mən bu vaxtı rəyisi narahat edə bilmərəm. Zəhmət çəkin otelə gedin.

– Aç qapını birini verərəm sənə -oğlan başıyla qızları göstərib gülümsədi.

– Bağışla amma hamsını versəndə açan deyiləm . -deyib qayıtdım gözətçi otağına.Oğlan na əlac qalıb maşını sürüb getdi.

Səhər tezdən həmin oğlanın gözətçi otağına tərəf gəldiyini görüb çölə çıxdım.

– Buyur müdür xoş gəlibsən nə lazım idi.

-Heç səniynən biraz söhbətim var qaqaş.

– Eşidirəm – Dünən bura gəldiyimin heç kimə demiyibsən ?

– Yox nə olub ki? – Ayə qaqaş hallı olmuşam , başım özümdə olmuyub.Rəyisə zadə deyib eləmə , atam bilsə zibili çıxar.

– Narahat olma demərəm.

– Hə yeri gəlmişkən sən mənə yaman tanış gəlirsəne qaqa.

– Valla nə deyim mən sizi tanımıram. Bunu mənə çox adam deyir (gülümsədim)

– Suyu şirin oğlansan yəqin ona görədi.

– Bəlkə əsgərlikdə bir yerdə olmuşuq?

– Yo mümkün deyil .

– Niyəki ? Təvəllüdün neçədi?

– 92.

-Temboli eyni təvəllüdük. Harda olubsan əsgərlikdə ?

– Naxçıvanda Dövlət Sərhəd Xidmətində. Üzüm güldü.

– Doğurdan? Day denən əsgərlikdə bir yerdə olmuşuqki.Hansı piriziv olmusan.

– Piriziv nədi?

– Yəni hansı ayda çağrılıbsan əsgərliyə.

– Diyəsən aprel ayı idi.

– Eyni pirizivik.Niyə mən səni görməmişəm orda.

Oğlan gülümsədi.

– Mənim dayım genral leytinantdı qaqa. Heç Naxçıvana ayağım dəymiyib mənim. Bircə onu bildimki 18 -ci zastavıya düşmüşəm adım orda gedir. Qalan heç nədən xəbırim olmuyub. Hərbi biletimi dayım ad günümdə səbətə bükdürüb mənə hədiyyə etdi .

– Mənim nitqim qurumuşdu .Danışmağa söz tapmırdım gözümü onun gözlərindən gizlətməyə çalışırdımki gözlərimdəki nifrəti görməsin. Ən qəribəsi o idi ki, Genralın bacısı oğlu yox mən utanırdım. Elə qururlu dayanmışdı elə bil il yarım can qoyub qışın soyuğunda yayın istisində qəlbində ata ana həsrəti çəkə- çəkə xidmət edib hərbi bilet alan mən yox o idi.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir