Göyçay gənclərindən antikorona aksiyası – Foto

Baxılıb:197
Göyçay gənclərindən antikorona aksiyası – Foto

Azərbaycan Könüllü Təşkilatları İttifaqının “Bir-birimizi qoruyaq” adlı kampaniyasını Göyçay gəncləri davam etdiriblər.

Azrimes.az xəbər verir ki, gənclər Göyçayda sosial məsafənin qorunması məqsədi ilə əhalinin sıx olduğu yerlərə istiqamətləndirici ox işarələri çəkiblər. Bundan əlavə, gənclər qarşılarına çıxan insanların əllərinə dezinfeksiyaedici məhlul vurub və onlara koronavirus xəstəliyindən qorunmaq üçün məlumatlandırıcı bukletlər təqdim ediblər.


Abunəlik