BNA əməkdaşlarından daha bir qanunsuz əməl-VİDEO
Bu dəfə vətəndaş şikayəti BNA işçilərindəndir. Vətəndaş:” Azadlıq prospekti “Music galaeri” istiqamətindən üzü “Hiltion hotel”ə düşən istiqamət Azərbaycan Hava Yolları binasının qarşısında parklanma üçün nəzərdə tutulmuş yerdə qanunsuz olaraq cərimə yazmaları mən və mənim kimi yüzlərlə sürücünü bezdirib. Bir dəqiqə belə maşını saxlamağa imkan verilmir. Onların əlindən maşında ürəyi sıxılan, su istəyən və ya aprkə düşüb bir dəqiqəlik belə lazım olan bir dərmanı götürməyə imkan verməyən BNA işçiləri hər dəfə qanundan danışır, ancaq özləri qanuna əməl etmirlər.Sizə təqdim etdiyimiz videoda BNA əməkdaşlarının heç bir yol hərəkəti qaydalarına riayət etmədiyini, təhlükəsizlik kəmərindən belə istifadə etmədiklərini açıq-aşkar görmək olar. Hörmətli AzTimes.az, sizdən xahiş edirik ki, bu məsələni Bunu ictimailəsdirəsiniz. Bəlkə Dövlət Yol Polis əməkdaşları bununla bağlı tədbir gördülər”