Gənc deputatın SİRRLƏR DÜNYASI… – İLGİNC
“Ən yeni deputat” rubrikamızda bu dəfə sizə elə bir millət vəkilindən bəhs edəcəyik ki, bəlkə çoxlarınız adını ilk dəfə eşidir, üzünü görürsünüz. Ümumiyyətlə, parlamentin üzvlərinin bir çoxu ictimaiyyət tərəfindən tanınmır, performans problemi yaşamaqdadırlar.
Reportyor.info xəbər verir ki, elə 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat Ramin Məmmədov da bu cərgədədir. Onun millət vəkili olaraq fəaliyyəti haqda məhdud informasiyalar, adda-budda çıxışları var.
Ən dəhşətlisi budur ki, R.Məmmədovu vikipediya belə tanımır. Deputat haqda heç bir bioqrafik məlumat verilməyib. Yalnız saytların birində gedən xəbərə görə, R.Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müavinidir.
Sonra sədr müavini postundan getdiyi bildirilsə də, prezident sərəncam imzalamayıb. Yəni, bu işi də müəmmalıdır. O, bundan əlavə YAP Gənclər Birliyinin sədr müavini olub. Hətta R.Məmmədovla bağlı 100 min manatlıq dələduzluq işi üzrə məhkəmə prosesi gedib.
İddialara görə, R.Məmmədov vətəndaşlardan birindən onu yüksək vəzifəyə təyin etdirəcəyi vədi ilə 100 min manat məbləğində pul alıb. İş sonradan alınmadığından vətəndaş məhkəməyə müraciət etməli olub.
Bu xəbərlər internet resurslarında dolaşır və deputatın fəaliyyəti haqda ürəkaçan hansısa məlumata rast gələ bilmirik. Media onu Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun kadrı kimi xarakterizə edib.
Həmçinin, R.Məmmədovun adı bir sıra layiq olmayan şəxsləri maddi maraq qarşılığında dövlət mükafatlarına salmaqda hallanır. İddialara görə, gənc deputatın Bakıda və müxtəlif Avropa şəhərlərində mağazaları fəaliyyət göstərir. Görünür, bu biznes diaspor işində əldə edilən qaranlıq gəlirlərdən qurulub.
Ümumiyyətlə, R.Məmmədov deputat kimi də etimadı doğrultmur. Müşahidəçilərin fikrincə, ən yeni millət vəkillərindən olan parlament üzvü olduqca passiv fəaliyyət göstərir, seçicilərlə aktiv işləmir, Sabirabad kimi kifayət qədər sosial problemləri olan rayonla bağlı hər hansı məsələləri qaldırmır, sakinlərin müraciətlərini müvafiq instansiyalara yönəltmir.
Əslində Sairabad seçicilərinin çoxu heç deputatını tanımır. Bu da təsadüfi deyil, göründüyü kimi onu heç vikipediya tanımır, adı da qanunsuz işlərdə çəkilir. R.Məmmədovun mediada yer alan iddialarla bağlı mövqeyini dərc etməyə hazırıq, rubrikamızın növbəti yazısında isə elə bir yeni deputatla tanış olacaqsınız ki…
REPORTYOR.İNFO