Ağdaşda baş həkim özbaşına qalıb… – Bir nəzarət edən yoxdurmu?

Baxılıb:205
Ağdaşda baş həkim özbaşına qalıb… – Bir nəzarət edən yoxdurmu?

Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuru Nuruyev, ölkə Prezidentinin COVİD-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə, “dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əmək haqlarına aylıq vəzifə maaşlarının 3-5 mislinədək miqdarda müddətli əlavə” sərəncamına əməl etmir. Həyatlarını riskə atan tibb işçilərinə verilməli olan əlavə maaşı müəssisədə işləyən öz qohumları, katibəsi, mühafizə xidməti işçiləri ilə “yarı-yarı” bölür.

Gözətçi.az saytına şikayət edən bir qrup tibb işçisi bildirir ki, Nuru Nuruyev müəssisəni “özəlləşdirib”- oğlu Rövşən Nuriyevi hüquqşünas, həyat yoldaşı Hicran Nuriyevanı fizioterapiya şöbəsinə müdir təyin edib. Həmçinin, xəstəxananın köhnə binasında çayxana – kafe yaradaraq, qaynı Məmmədəlinin istifadəsinə verib.

Təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüləri bildirirlər ki, təcili yardım maşınlarının təmiri öz vəsaitləri hesabına edilir, direktor Nuru Nuruyev isə təmir adı ilə dövlət büdcəsindən pul “silir.” Bu ilin may ayında, bir qrup tibb işçilərinin həm aidiyyatı qurumlara, həm də sosial media vasitəsi ilə etdikləri şikayətlərə görə, direktor Nuru Nuruyev onlara qarşı hədə – qorxu gələrək, təzyiqlər edib. 8 işçini əvvəlki iki ayın maaşlarını vermədən COVİD-19 qrupundan çıxarıb. Bundan başqa, daxili əmrlərlə bu işçilərin iş qrafiklərini dəyişdirərək, bir – biri ilə əlaqə saxlaya bilməməsinə səbəb olmuşdur. Bu səkkiz nəfərdən biri, Əhmədova Simuzər Etibar qızına isə xüsusilə təzyiqlər edilmişdir.

Bütün bu qanunsuzluqlarla bağlı haqları tapdalanan tibb işçiləri Prezidentə, 1-ci vitse-prezidentə, DTX-nə, Baş Prokurorluğa, Korrupsiya ilə mübarizə idarəsinə 40-dək şikayətlər göndəriblər. Şikayətlərə görə Bakıya çağırılan Nuru Nuruyev, Ağdaşa qayıtdıqdan sonra müəssisədə işləyən qohumlarını yığıb, onu tərifləyən məktublar yazdırmışdır. Şikayətlərin araşdırılması üçün xəstəxanaya gələn Ağdaş RİH başçısının müavini Aynur Novruzova isə tələm – tələsik, heç kimi dindirmədən işçilərin qarşısında “Nuru doktor düz deyir” deyərək, geri qayıdıb. Bununla razılaşmayan şikayətçilər isə onun arxasınca RİH -nə gedərək “iclas çağırılmalı, protokol, çıxarış tərtib edilməli, sonra kimin düz, kimin səhv olduğunu deyə bilərsiz”, sözlərinə qarşı əlacsız qalaraq “mənlik deyil”, deyə bildirib.

Direktor Nuru Nuruyev ondan şikayət etdiklərinə görə, işçilərin iş yerlərini dəyişir, onlara hədə -qorxu gəlir, təhqir edir, kobud davranır. Təəccüblü deyil ki, hazırda onun bu cür davranışlarına qarşı Ağdaş məhkəməsində və prokurorluğunda üç şikayət var, ancaq “əli uzun” Nuru Nuruyev deyəsən, oralara da hökm edə bilir.

Təcili yardım maşınlarının sürücüləri deyirlər ki, onlara xüsusi forma 2011-ci ildə verilib. Nuru Nuruyevin təsiri altında, tabeçilyində olan təchizat üzrə müavini Vaqif Bayramova formaları dəyişmək, təzələmək deyəndə cavab verir ki, “gedin Bakıdan 3- dairəsindən alın”. Formanın qiyməti isə 180 manatdır.

Şikayətçilərdən Fəxri Əzizov və Elnur Mədətova saxta şəkildə 2 şiddətli “töhmət” verilib. Halbuki prosedura görə əvvəlcə xəbərdarlıqlar olunmalı, iclas çağırılmalı idi. Töhmətin verilməsinə imza atanlar belə bundan xəbəri olmadıqlarını deyirlər. Bunlar isə Nuru Nuruyevin Ümumi Təcili Yardım şöbəsinə müdir təyin etdiyi (bizdə olan məlumata görə tibbi təhsili olmayan bu vəzifəyə təyin edilə bilməz) Bəxtiyar Paşayevin şikayətçiləri qorxutmaq üçün etdiyi işlərdir.

Şikayətçilər qeyd edirlər ki, Nuru Nuruyev dəfələrlə bildirib ki, mənim elə bir “adamım” var ki, bütün respublika yığışsa, mənə heç nə edə bilməz. Məlum olub ki, onun oğlu Rövşən Nuruyevlə İcbarı Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyevin bacanaqdır və bu qohumluq Nuru Nuruyevə bu qədər rahat özbaşınalıqlar etməyə imkan verir.

Daha sonra şikayətçilər onu da bildiriblər ki, göndərdikləri məktubların çoxu ünvanına çatmır. Ona görə də prezidentə sosial media vasitəsi ilə şikayət edirlər:

“Cənab Prezident, bəzi keçmiş oliqarx məmurların əlaltıları Ağdaşda “sabotjla” məşğuldurlar. Onların havadarları isə sizin gözünüzün içinə baxa – baxa yalan danışırlar.”

Bundan öncə də Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkimləri etiraz aksiyası keçirmişdilər. Onlar koronovirusla mübarizə aparan tibb işçiləri üçün ayrılmış əlavə ödəmələri ala bilmədiklərindən şikayətlənirdilər. Xatırladaq ki, Prezident mart ayının 18-də koronovirusla mübarizəyə qoşulan tibb işçilərinin sosial müdafəsinin gücləndirilməsi üçün sərəncam imzalamışdı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

0


Abunəlik